Paltaryuyan maşına sirkə tökün – 3 SƏBƏB
22 aprel 2024 16:41 (UTC +04:00)

Paltaryuyan maşına sirkə tökün – 3 SƏBƏB

Bahalı təmizləyici vasitələrdən istifadə etmədən bakteriyaları asanlıqla və tez bir zamanda aradan qaldırmağın sadə bir neçə yolu var. 

Lent.az xəbər verir ki, bu yollardan biri adi süfrə sirkəsidir. 

Bahalı kimyəvi yuyucu maddələr almaq əvəzinə, adi süfrə sirkəsindən istifadə etmək məsləhətdir. Onu yuyucu toz bölməsinə tökün və uzun yuma dövrü rejimini aktivləşdirin. Yuma bitdikdən sonra paltaryuyan maşınınız təzə kimi görünəcək.

Sirkə paltar yuyarkən də kömək edə bilər. Yuma tozuna 1/3 hissə sirkə əlavə edin və onun effektivliyinin necə artdığını görəcəksiniz. Bu üsul xüsusilə rəngli əşyaları yuyarkən yaxşı işləyir.

Ev heyvanlarının tüklərinin bəzi şeylərə tez yapışır. Ancaq bunu da aradan qaldırmaq üçün sirkədən istifadə etmək olar. Paltarlarınızı sirkə ilə yuyun. Bu zaman saçlar və tüklər onlara yapışmayacaq. 
 

# 23124
avatar

Sevinc Fərid

Oxşar yazılar