Qışda isti, yayda sərin:  bu ölkədə evlər qeyri-adi texnologiya ilə tikilir
25 may 2026 11:25 (UTC +04:00)

Qışda isti, yayda sərin: bu ölkədə evlər qeyri-adi texnologiya ilə tikilir

0

Gil divarlı evlər Rumıniyada və bəzi digər Balkan ölkələrində memarlıq irsinin mühüm hissəsi olaraq qalır. Bu evlər müasir beton tikililər qədər möhkəm olmasa da, düzgün qulluq və lazımi möhkəmləndirmə ilə onilliklərlə davam gətirə bilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “payança” (rumınca paiantă) nədir və bu üsulla tikilən evlər nə dərəcədə dayanıqlıdır. Belə tikililərin əsas üstünlükləri daxili komfort və aşağı maliyyətlə bağlıdır.

Payança nədir?

Qeyd olunur ki, payança Rumıniyada keçmişdə geniş istifadə olunan və bu gün də qorunub saxlanılan ənənəvi tikinti üsuludur. Bu sistem təbii materialların və sadə texnikaların birləşməsinə əsaslanır.

Bu üsulla tikilən evin daşıyıcı konstruksiyası ağac karkasdan ibarət olur – sütunlar, tirlər və möhkəmləndirici elementlərdən təşkil edilir. Aradakı boşluqlar isə gil və saman qarışığı ilə və ya hörülmüş budaqlarla doldurulur və sonradan gil ilə örtülür.

Texniki baxımdan bu tip tikili daşıyıcı taxta karkas və daşıyıcı olmayan doldurucu divarlar sistemi kimi təsnif olunur. Yəni bütün yükü, o cümlədən damı ağac konstruksiya daşıyır, divarlar isə əsasən örtük və izolyasiya funksiyasını yerinə yetirir.

Mütəxəssislər bildirirlər ki, gil divarlar temperatur və rütubəti yaxşı tənzimləyir. Bunun sayəsində ev yayda sərin, qışda isə isti olur.

Digər üstünlük istifadə olunan materialların təbii və zərərli kimyəvi maddələrdən uzaq olmasıdır. Üstəlik, yerli materiallardan istifadə olunduqda tikinti və təmir xərcləri daha aşağı olur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar