Bakıda iki qardaş taksi sürücüsünün başına oyun açdı
22 noyabr 2012 11:57 (UTC +04:00)

Bakıda iki qardaş taksi sürücüsünün başına oyun açdı

0
Noyabrın 22-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində quldurluq hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Elməddin Quliyevin "Daewoo" markalı avtomaşınına sərnişin qismində oturmuş 2 naməlum şəxs küt alətlə ona baş nahiyəsindən xəsarət yetirib. Həmin şəxslər sürücünün 80 manat pulunu alıb qaçıblar.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş, şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Bacanov və onun qardaşı Tərlan tutulublar. Turaldan 1,7 qram, Tərlandan isə 1,6 qram heroin götürülüb. Araşdırmalar zamanı noyabrın 16-da Tofiqə Qasımova qarşı quldurluğun Tərlan və Tural Bacanov qardaşları tərəfindən törədilməsi də müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1573

Oxşar yazılar