Dünya bu gün
01 dekabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

0
1 dekabr. İlin sonuna 31 gün qalır.

1402. Əmir Teymur İzmiri mühasirəyə alıb

1825. Rus çarı I Aleksandr vəfat edib

1906. Dünyada ilk kinoteatr Parisdə açılıb

1913. “Ford Motor Company” ilk konveyeri quraşdırıb

1923. 25 noyabrda başlayan III Ümumazərbaycan sovetlər qurultayı başa satıb

1928. Türkiyədə latın qrafikalı əlifbanın tətbiqinə başlanıb

1931. Kanada müstəqillik əldə edib

1934. S.M. Kirov Peterburqda qətlə yetirilib

1943. SSRİ, ABŞ və İngiltərə dövlət başçılarının Tehran konfransı başa çatıb. İngilis baş nazir Çörçillin ad günü də (30 noyabr) konfransa təsadüf edib

1945. Beynəlxalq Demokratik Qadınlar Federasiyası təsis edilib

1945. Təbrizdə 27 noyabrda başlayan Azərbaycan Milli Məclisinə (Cənubi Azərbaycan) seçkilər başa çatıb

1959. Antarktidaya dair saziş imzalanıb

1987. Dünya Səhiyyə Təşkilatı bu tarixi QİÇS-lə mübarizə günü elan edib

1989. Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-i və Dağlıq Qarabağı birləşdirmək haqqında” əsassız qərar qəbul edib

1991. Ukrayna müstəqilliyini elan edib

1991. Nursultan Nazarbayev Qazaxıstanın ilk prezidenti seçilib

1994. Azərbaycan Respublikası Anqola ilə diplomatik əlaqələr qurub

2009. Afinada ATƏT-in xarici işlər nazirləri Şurasının 17-ci sessiyası başlayıb. Sessiya çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovu Ankaraya dəvət edib

2009. Azərbaycan Xarici işlər Nazirliyi Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim edən “Euronews” kanalına etiraz məktubu göndərib

2009. İngiltərənin keçmiş baş naziri Toni Bleyr Azərbaycana səfərə gəlib

2011. Bakı Metropolitenində gediş haqqı 20 qəpiyə qaldırılıb.

Günün aforizmi

“Biz burada ingilis baş nazirinin ad gününü qeyd edərkən, sovet ordusu faşistlərin mühasirə həlqəsini daraldır. İçək sovet silahının sağlığına!”

Ruzveltin Çörçillin ad günündə dediyi sağlıq. Tehran, 30 noyabr 1943.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1094

Oxşar yazılar