Dünya bu gün
02 dekabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

0
2 dekabr. İlin sonuna 30 gün qalır.

1409. Leypsiq Universiteti təsis edilib

1773. İngilis botaniki Robert Broun anadan olub

1804. I Napoleon Bonapart özünü imperator elan edib

1856. Fransa və İspaniya sərhədləri müəyyən edilib

1908. 2 yaşlı Pu Yi Çin taxt-tacına sahib olub

1919. Müsavat Partiyasının II qurultayı işə başlayıb

1929. Görkəmli Azərbaycan maarifpərvəri, şair Həsənəli xan Qaradaği Şuşada vəfat edib

1935. Sovet İttifaqı Kommunist Partiyasının 15-ci qurultayı açılıb

1942. Fizik Enriko Fermi Çikaqoda ilk dəfə olaraq idarə olunan nüvə reaksiyasını həyata keçirib

1945. Birləşmiş Ştatlar, Kanada və Böyük Britaniya SSRİ-yə atom silahının sirrini açmaqdan imtina edib

1946. İtalyan modelyer Versaci anadan olub

1971. Birləşmiş Ərəb Əmirlikləri müstəqilliyini elan edib

1975. Laos Respublikası elan edilib

1982. Kamran Bağırov Azərbaycan KP MK-nın birinci katibi seçilib

1984. Ukrayna əsilli Azərbaycan voleybolçusu Natalya Məmmədova (Skazka) anadan olub

1990. Bakılı kosmonavt Musa Manarov “Soyuz ТМ-11” kosmik gəmisində ilk uçuşunu həyata keçirib

1996. ATƏT-in Lissabon zirvə görüşü başlayıb. Azərbaycan prezidenti Heydər Əliyev bu toplantıda iştirak edib.

2002. “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” fərman imzalanıb

2011. Kiyevdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 2-ci forumu keçirilib.

Günün aforizmi

“Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik”.

H.Əliyevin ATƏT-in Lissabon zirvə görüşündəki çıxışından
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1314

Oxşar yazılar