Şəmkirdə yol qəzası: 1 ölü
18 avqust 2010 10:22 (UTC +04:00)

Şəmkirdə yol qəzası: 1 ölü

Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Baş Dövlət Yol Polisinin İstintaq və Tədqiqat şöbəsindən məlumat verilib. Məlumata görə, Şəmkir rayon Düyərli kənd sakini, 1940-cı il təvəllüdlü Nəbiyev İsmayıl Həsən oğlunun idarə etdiyi «VAZ 21011» markalı, 35 BA 771 dövlət nömrə nişanlı avtomobillə, Zəyəm Cırdaxan kənd sakini, 1937-ci il təvəllüdlü Vəliyev Məhərrəm Abdulla oğlunun idarə etdiyi «VAZ 2107» markalı, 57 BN 272 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə sürücü İsmayıl Nəbiyev həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673

Oxşar yazılar