Göyçayda qəbiristanlıq yandı
Göyçay rayonunda qəbiristanlıq yanıb. Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə Xidmətinin Rayon Yanğından Mühafizə hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün saat 13.00 radələrində Göyçayın Potu kənd qəbiristanlığında qeydə alınıb.
İki saat ərzində qəbiristanlığın bir hektar ərazisi yanıb. Hadisə zamanı şam ağacları, qədim məzarların taxtadan hazırlanmış baş ağacları, quru ot və kol-kos yanıb. Hadisə yerinə cəlb olunan iki yanğınsöndürən avtomobilin, şəxsi heyətin və kənd sakinlərinin köməkliyi ilə alovun qarşısı alınıb, yanğının yaxınlıqdakı həyətyanı sahələrə keçməsinə imkan verilməyib.

Oxşar yazılar

Gəncədə zəncirvari qəza olub, yaralılar var -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 19:52
Polis rəisi Namiq Musayev həbs olundu
13 iyul 2025 , 19:33
Salyanda AĞIR QƏZA, 3 nəfər öldü -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 18:29
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu -YENİLƏNİB
13 iyul 2025 , 17:42
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə: bir nəfər öldü
13 iyul 2025 , 11:50