53 yaşlı kişi boğazını kəsərək özünə qəsd edib
25 avqust 2010 10:16 (UTC +04:00)

53 yaşlı kişi boğazını kəsərək özünə qəsd edib

Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, avqustun 25-də saat 00:05 radələrində Gəncə prospektində yerləşən mənzildə yaşayan 1957-ci il təvəllüdlü Quliyev Çingiz Gülşad oğlu sərxoş vəziyyətdə yaşadığı binanın qarşısında kəsici alətlə boğaz nahiyəsini kəsərək özünə qəsd edib. Ç.Quliyev dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.



Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.125-ci (özünü öldürmə həddinə çatdırmağa cəhd) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar