Baş Prokurorluq və DİN “Qara transplantasiya” ilə bağlı araşdırma aparır
0
0
“Biz Ukrayna hüquq-mühafizə orqanlarının Azərbaycanda “qara transplantasiya” olması ilə bağlı açıqlamasına münasibət bildirmişik. Bununla bağlı araşdırma aparılıb, ancaq deyilənlər Azərbaycanda təsdiqini tapmayıb”.
Bunu APA-ya eksklüziv açıqlamasında Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib.
“Buna baxmayaraq, biz hər bir informasiyaya diqqətlə yanaşırıq və bununla bağlı araşdırmalarımız davam edir”, - deyə R. Usubov bildirib.
O, araşdırmanı Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə apardığını vurğulayıb.
Qeyd edək ki, Ukrayna DİN-dən qeyri-qanuni orqan transplantasiyası ilə bağlı törədilmiş cinayətlərin Azərbaycanla bağlılığı olduğu bildirilib.