Elçin Behbudovun pulunu oğurlayanların apelyasiya məhkəməsi başladı
Lent.az-ın məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda təqsirli bilinənlər- Ruslan Məmmədov, Səxavət Mehdiyev, Elgiz Hüseynov, Zaur Əliyev və Fətəli Həsənovun apelyasiya şikayəti üzrə məhkəmə baxışı sentyabrın 3-nə təyin edilib.
Xatırladaq ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Ruslan Məmmədov və Səxavət Mehdiyev 12 il, Elgiz Hüseynov və Zaur Əliyev 10 il, Fətəli Həsənov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, təqsirləndirilənlər Səxavət Mehdiyev, Ruslan Məmmədov, Elgiz Hüseynov, Zaur Əliyev və Fətəli Həsənov 2008-ci il yanvarın 29-da Heydər Əliyev prospekti - 98-də yerləşən MKTİK MMC şirkətində xəzinədar işləyən Rəşad Cəfərova məxsus “Mercedes-180” markalı avtomobildən 74 min manat oğurlayıblar. Dəstə həmçinin 2008-ci il mayın 27-də İnşaatçılar prospekti - 38-in qarşısında Çingiz Məmmədliyə məxsus “Hyundai Tucson” markalı avtomaşından 39 min manat, iyununda 7-ci mikrorayon Xarici dairəsi küçəsi - 116 ünvanında yerləşən meyvə şirələri satışı ilə məşğul olan firmanın xəzinədarı Mehman Sarıyevə məxsus “VAZ-2107” markalı maşından firmaya məxsus 69.000 dollar, həmin ilin aprelində İ.Səfərli küçəsi - 60 saylı evin qarşısında Səhman Quliyevə məxsus “Mercedes” markalı avtomobildən 58.100 dollar, həmin ilin iyulun 22-də S.S.Axundov küçəsi - 11/35 ünvanında yerləşən “Palma” kafesinin qarşısında Nəriman Həşimova məxsus “VAZ-2106” markalı maşından 47.450 dollar və 3 min manat, iyulun 14-də Ə. Hüseynzadə küçəsi 54 ünvanının qarşısında İşgəncələr Əleyhinə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova məxsus olan “Tofaş” markalı avtomobildən 30 min manat və s. oğurlayıblar.
Adıçəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 180.2.2-ci (təkrar törədildikdə) və 180.2.5-ci (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.
Fərid Əkbərov

Oxşar yazılar

İranlının kuryerləri Bakının mərkəzində TUTULDU - VİDEO
10 iyul 2025 , 12:38
Bakıda 14 yaşlı qız yoxa çıxdı, atası axtarır
10 iyul 2025 , 10:15
Ağdərədə minaya düşən çobanın ayağı kəsiləcək - YENİLƏNİB
10 iyul 2025 , 10:12
Qəbələdə FACİƏ: 4 yaşlı qız kirayə villanın hovuzunda BOĞULDU
10 iyul 2025 , 09:22
Goranboyda minik avtomobili gölə düşdü
10 iyul 2025 , 08:18
Gəncə sakini narkotik vasitənin təsirindən komaya düşdü
10 iyul 2025 , 07:54
Gəncədə avtomobil aşdı, xəsarət alanlar var
10 iyul 2025 , 00:53