Türkiyənin turizm cənnətinə təyyarə səfərləri dayana bilər
Bu gün Türkiyənin əsas turizm məkanlarından olan Antalyada sahəsi 80 hektar olan zibillik yanır.
Lent.az-ın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, səhər saat 5:00-da bilinməyən səbəbdən Varsaq məhəlləsindəki zibillikdə başlayan yanğın qısa müddətdə geniş əraziyə yayılıb.
Yanğını söndürmək üçün 50 yanğınsöndürmə maşını, 2 vertolyot və 2 təyyarə cəlb olunsa da, yanğını nəzarət altına almaq mümkün olmur. Antalya Böykşəhər Bələdiyyəsinin ətraf mühit şöbəsinin müdiri İnanç Argun deyib ki, məqsədləri yanğının meşə sahəsinə keçmədən qarşısını almaqdır. Ancaq o, yanğının tam söndürülməsi üçün ən azı 2 günün lazım olacağını dilə gətirib.
Əsas ciddi problemlərdən biri də zibillikdən qalxan qatı tüstünün axşam saatlarında küləyin istiqamətini dəyişməsi ilə Antalya hava limanına yönəlməsi ilə bağlıdır. Buna görə də Antalya valisi Ahmet Altıparmakın təlimatı ilə fövqəladə hallar komissiyası yaradılıb. Əgər külək istiqamətini dəyişənə qədər zibillikdəki yanğının miqyasını kiçiltmək mümkün olmasa, Antalya hava limanını təyyarələr üçün müvəqqəti bağlı elan etmək qaçılmaz olacaq.

Oxşar yazılar

İranlının kuryerləri Bakının mərkəzində TUTULDU - VİDEO
10 iyul 2025 , 12:38
Bakıda 14 yaşlı qız yoxa çıxdı, atası axtarır
10 iyul 2025 , 10:15
Ağdərədə minaya düşən çobanın ayağı kəsiləcək - YENİLƏNİB
10 iyul 2025 , 10:12
Qəbələdə FACİƏ: 4 yaşlı qız kirayə villanın hovuzunda BOĞULDU
10 iyul 2025 , 09:22
Goranboyda minik avtomobili gölə düşdü
10 iyul 2025 , 08:18
Gəncə sakini narkotik vasitənin təsirindən komaya düşdü
10 iyul 2025 , 07:54
Gəncədə avtomobil aşdı, xəsarət alanlar var
10 iyul 2025 , 00:53