Bakıda avtobus aşdı
27 avqust 2010 13:29 (UTC +04:00)

Bakıda avtobus aşdı

Avqustun 27-də saat 12 radələrində Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Rəsulzadə qəsəbəsində Binəqədi Rayon Prokurorluğuna dönən yolda “İkarus” markalı avtobus aşıb.


Məlumata əsasən, avtobusda sərnişin olmayıb. Avtobus sərnişin yox, yük daşıyırmış. Sürücü yüngül xəsarət alıb. Hazırda aşmış avtobus düzəldilib. Həmçinin, qəza nəticəsində hadisə yerində avtomobillərin hərəkətində yaranmış problem də aradan qaldırılıb.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 767

Oxşar yazılar