Balakən sakininin evindən 61 ədəd dini kitab götürülüb
28 avqust 2010 13:24 (UTC +04:00)

Balakən sakininin evindən 61 ədəd dini kitab götürülüb

Azərbaycanın Balakən rayonunda radikal dini qruplaşmanın üzvü olmaqda şübhəli bilinən şəxsin mənzilində axtarış aparılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, Qazma kənd sakini, 1973-cü il təvəllüdlü Abdullayev Mübariz İsmayıl oğlunun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində M. Abdullayevə məxsus evdən 61 ədəd dini kitab götürülüb. Balakən RPŞ-nin təhqiqat bölməsində dini kitabların qadağan olunmuş ədəbiyyat olub-olmadığı araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar