Su borusu partladı, zavod direktoru və kürəkəni yaralandı
Şəmkir sakinləri tibbi yardım göstəriləndən sonra evə buraxılıblar
Şəmkir rayonunun Yeniabad kəndində qızdırıcı su borusunun partlaması nəticəsində iki nəfər yüngül xəsarət alıb.
Bu barədə Lent.az-a xəsarət alanlardan biri, Şəmkirdəki Qum-çınqıl Zavodunun müdiri Nazir Əhmədov məlumat verib. Onun sözlərinə görə, özünə məxsus evin həyətindəki istixanaya gedən isti su dolu boru qaynaq edilmiş yerdən partlayıb. Həmin borudan çıxan isti suyun sıçraması nəticəsində həyətdə olan Nazir Əhmədov və kürəkəni Rövşən Əhmədov ayaqlarından xəsarət alıblar. Hər iki şəxs xəstəxanaya müraciət edib. Onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar və hazırda özlərini yaxşı hiss edirlər.
“Bəzi telekanallarda isə bu xəbər kökündən təhrif olunaraq verilib. Guya qaz partlayıb, özü də hadisə mənim müdiri olduğum zavodda baş verib. Əslində hadisə mənim iş yerimdə deyil, həyətimdə baş verib” – deyə, N.Əhmədov bldirib.
Pərvin ABBASOV

Oxşar yazılar

Şəmkirdə çay evi yandı
3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü
2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü
2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü
2 avqust 2025 , 19:33
Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR
2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu
2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14