“Karvan”ı qarət edənlərin adları açıqlandı
Şadlıq sarayındakı seyfdən yarım milyon dollardan çox pul aparılıb
Azərbaycan Daxili İşlər Nazirliyi “Karvan” şadlıq sarayından külli miqdarda pul oğurlayan şəxslərin adlarını açıqlayıb.
Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində "Karvan" şadlıq sarayından oğurluğun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rüfət Qənbərov və Bülbülə qəsəbə sakini Denis Novoselov tərəfindən törədilməsi müəyyən edilib.
Xatırladaq ki, məlum hadisə aprelin 13-dən 14-nə keçən gecə baş verib. Naməlum şəxslər adıçəkilən şadlıq evinin pəncərəsindən içəri daxil olaraq oradakı seyfi sındırıb, içərisində olan 306 min manat və 180.000 dollar götürərək hadisə yerindən qaçıblar.

Oxşar yazılar

Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi
30 iyul 2025 , 16:13
Qabil Məmmədova hökm oxundu
30 iyul 2025 , 14:53
Zaqatala qaz idarəsinin əməkdaşı faciəli şəkildə öldü
30 iyul 2025 , 14:03
Rusiya Şahin Şıxlinskinin axtarış dosyesini yaydı
30 iyul 2025 , 12:37
Maşında ayaqlarını pəncərədən çıxardı, cərimələndi - VİDEO
30 iyul 2025 , 12:15
Xaricə üzərlik aparmayın - Həbs oluna bilərsiniz
30 iyul 2025 , 12:00
İranla sərhəddə ƏMƏLİYYAT: külli miqdarda narkotik ələ keçirildi
30 iyul 2025 , 11:17