“Neftçi”nin sabiq futbolçusu 37 yaşında vəfat edib
“Neftçi” və Tovuzun “Turan” komandalarının sabiq futbolçusu Vladimir Tuayev 37 yaşında vəfat edib.
Bu haqda Lent.az-a Vladimir Tuayevin əmisi, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev məlumat verib. Məhz bu hadisə ilə əlaqədar Kazbek Tuayev ötən ayın sonlarında keçirilən AFFA İcraiyyə Komitəsinin iclasına qatıla bilməyib. Veteran futbolçunun sözlərinə görə, qardaşı oğlu 10 ildən çoxdur, yaşadığı Rusiyanın paytaxtı Moskvada ürək tutmasından keçinib: “Vladimirin ölümü tam gözlənilməz olub. Axşam yatıb, səhər ayılmayıb. Onun ürək tutmasından dünyasını dəyişdiyi müəyyənləşib”.
Qeyd edək ki, Vladimir Tuayev futbolçu karyerası ərzində Azərbaycanın iki klubu ilə yanaşı, Moskva “Dinamo”sunun əvəzedici heyətində və “Krasnaya Presnya”da da forma geyinib.
Elşən

Oxşar yazılar

Şəmkirdə mübahisə bıçaqlanma ilə nəticələndi
23 iyul 2025 , 21:38
Gəncədə ƏMƏLİYYAT: axtarışda olan şəxs müqavimət göstərdi, polis atəş açdı
23 iyul 2025 , 20:07
Bakıda kişi pilləkəndən yıxılıb öldü
23 iyul 2025 , 19:33
Ucar yolunda iki "Mercedes" toqquşdu, 9 nəfər yaralandı - YENİLƏNİB
23 iyul 2025 , 19:31
Dənizdə daha bir nəfər batdı
23 iyul 2025 , 19:28
Gəncə sakini güllələndi
23 iyul 2025 , 19:05
Sevgilisindən ayrılan oğlan özünü binadan atdı
23 iyul 2025 , 17:46