Ərini öldürən gənc qadına 9 il həbs cəzası verildi
Mayın 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ərini öldürməkdə təqsirləndirilən Sumqayıt şəhəri sakininin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Yelena Şıxəliyevaya hökm oxunub. Hökmə əsasən, Y.Şıxəliyeva 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2009-cu il noyabrın 30-da Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Mehman Vazehi sərxoş halda, bıçaq xəsarəti almış vəziyyətdə 16-cı mikrorayon ərazisindəki kirayədə yaşadığı evə gəlib və orada ölüb.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Vazehini 5-ci mikrorayonda yaşayan tanışı Yelena Şıxəliyevanın bıçaqladığı müəyyənləşib.
O ifadəsində bildirib ki, əri Mehman evinə içkili vəziyyətdə gələrək onu döyməyə başlayıb. Nəticədə bu hadisə baş verib.
Y. Şıxəliyeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Fərid Əkbərov

Oxşar yazılar

Kamran Əliyev bu rayonlara yeni prokurorlar təyin etdi - YENİLƏNİB
23 iyul 2025 , 14:14
Gecəyarı azərbaycanlı gəncin evi yandı
23 iyul 2025 , 13:24
Mərdəkanda 18 yaşlı oğlan dənizdə batdı - YENİLƏNİB
23 iyul 2025 , 12:55
Azərbaycanda tanınmışların şəxsi məlumatlarını oğurlayan HAKER TUTULDU - VİDEO
23 iyul 2025 , 12:10
Azərbaycan onu Qazaxıstana təhvil verdi
23 iyul 2025 , 11:55
Qız MMA döyüşçüsünün gözünü çıxartdı
23 iyul 2025 , 11:35
Ağdam və Ağdərədəki yanğını söndürməyə helikopterlər cəlb olundu - YENİLƏNİB - VİDEO
23 iyul 2025 , 11:25