Daha bir neçə kənd təhlükə qarşısında
4 min insan köçürülüb, Kürün səviyyəsi 1 dəqiqədə 4 santimetr artıb
Su basma fəlakətinin yaşandığı bölgədən 4 min insan evakuasiya olunub.
Lent.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.
Etibar Mirzəyev bildirib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və digər dövlət qurumların əməkdaşları bu ərazidə işləyirlər. Nazir müavini əhalini təşvişə düşməməyə çağırıb, dövlətin lazım olan işləri gördüyünü, məsələnin Azərbaycan Respublikası prezidenti İlham Əliyevin nəzarətində olduğunu söyləyib.
Etibpr Mirzəyev Mürsəlli kəndinin yaxınlığındakı bəndin uçması nəticəsində Mürsəlli kəndi ilə bərabər yaxın ətrafdakı digər kəndləri də subasma gözlədiyini dilə gətirib. Nazir müavini onu da qeyd edib ki, Sabirabad və Şirvan şəhəri istiqamətində qurulan üçüncü qoruyucu xəttin möhkəmləndirilməsinə də başlandığını nəzərə çatdırıb: “Dünən 1 sutka ərzində Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə üçüncü qoruyucu xətti bərkitdi. Ancaq Kürün səviyyəsi birdən-birə artmağa başladı, 1 dəqiqədə suyun səviyyəsi 4 santimetr artırdı. Ərazidəki işçilər və camaat üçün təhlükə vardı, ona görə də ərazidən çıxdıq, sonra da su axmağa başladı”.

Oxşar yazılar

Kürdəmirdə 8 nəfər qidadan zəhərləndi
23 iyul 2025 , 03:45
Gəncədə orta yaşlı kişi bıçaqlandı
23 iyul 2025 , 01:44
Ağdam və Ağdərədə güclü yanğın - VİDEO - YENİLƏNİB
22 iyul 2025 , 23:00
Sumqayıtda 44 yaşlı kişini oğlanları döyüb öldürdülər - YENİLƏNİB
22 iyul 2025 , 21:57
Azərbaycanda 87 yaşlı qadın sirkə turşusundan zəhərlənib öldü
22 iyul 2025 , 19:33
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər və hüquqi varisləri ifadə veriblər
22 iyul 2025 , 19:01
Biləsuvar xəstəxanasında FACİƏ: Əməliyyata gətirilən 3 yaşlı uşaq öldü - YENİLƏNİB
22 iyul 2025 , 18:52