Kürün basdığı kəndlər – SİYAHI
13 may 2010 19:00 (UTC +04:00)

Kürün basdığı kəndlər – SİYAHI

İki həftədən çoxdur ki, Azərbaycanın müxtəlif ərazilərində sel və daşqınlar, torpaq sürüşmələri baş verir. Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması nəticəsində qısa müddətdə Zərdab, Kürdəmir, Salyan, Sabirabad, Neftçala, Şirvan, Biləsuvar, Ağsu rayonlarının bir hissəsini su basdı.

Lent. az Mil-Muğan bölgəsində subasmadan zərər çəkən kəndlərin tam siyahısını müəyyənləşdirib. Müvafiq rayonların icra hakimiyyəti orqanlarından topladığımız siyahıya əsasən, fəlakət zonasında ən böyük ziyan Sabirabadda müşahidə olunur. Təkcə mayın 11-dən 12-ə keçən gecə Kür çayı Ulacalı kəndi ərazisindən mühafizə bəndini dağıtması nəticəsində rayonun 8 kəndinin Sabirabad rayon mərkəzi ilə əlaqəsi kəsilib. Həmin kəndlər qismən boşaldılıb.

Beləliklə, Sabirabad rayonunda 30 kənd subasmaya məruz qalıb. Həmin kəndlərin bir qismi tamamilə, digər qismi isə qismən boşaldılıb.

Subasmaya məruz qalan kəndlər bunlardır:

Sabirabad rayonu:

Ulacalı
Məmişlər
Mürsəlli
Qaralar
Dadaşbəyli
Güdəcühür
Qaragüney
Təpə Osmanlı
Zalqarağac
Qaratoğay
Tükəndi
Moranlı
Köçərli
Cavad
Narlıq
Bulduq
Ətcələr
Axtaçı
Həşimxanlı
Osmanlı
Şıxsalahlı
Minbaşı
Qarağac
Yaxa Dəlləy
Polad Toğayı
Azadkənd
Çağırğan
Xankeçən
Təzəkənd
Muğangəncəli

Salyan rayonu:

Çuxanlı
Parça Xələc
Pambıqkənd
Kürqaraqaşlı
Babazanlı

İmişli rayonu:

Allahmədətli
Terişli

Zərdab rayonu:
Otmanavalı
Təzəkənd
Əlibəyli
Əlvənd
Kəndaxal
Aşağı Seyidlər
Şıxbağı
Gəndəbil
Ağabağı
Nəzərallı
Qaravəlli
İsax Bağı
Allahqulu Bağı
Sarıqaya


Şirvan şəhəri:

Bayramlı qəsəbəsi

Hacıqabul rayonu:
Nəvahi

Ağsu rayonu:

Padarçöl
Bozavənd
Daşdəmirbəyli
Ağabəyli
Qaramətti
Təklə

Mayın 13-də aparılan müşahidələrə əsasən, Kür çayı Kürdəmir rayonu Mollakənd ərazisində 7, Sabirabad rayonu Türkəndi kəndində 4, Əlicanlıda 4, Cavad kəndində isə 3 santimetr qalxıb. Fəlakət bölgəsindən gələn məlumatlarda Araz çayında da suyun səviyyəsi artdığı deyilir. Belə ki, bu gün Saatlı rayonu ərazisində Araz çayının səviyyəsinin 7 santimetr artdığı müşahidə edilib.
Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665

Oxşar yazılar