Əsirlikdəki hərbçidən məktub var
Ötən il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən Azərbaycan Ordusunun çavuşu Anar Xanbaba oğlu Hacıyev ailəsinə məktub göndərib.
Bu barədə APA-ya əsirin anası Nailə Məmmədova bildirib. Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən ona zəng edərək oğlu ilə görüş keçirildiyini və ondan məktub gətirildiyini bildiriblər. N. Məmmədova məktubun ona mayın 17-də çatdırılacağını deyib.
BQXK-nin Azərbaycan nümayəndəliyinin beynəlxalq hüququn yayımı və məlumat şöbəsinin müdiri İlahə Hüseynova APA-ya məlumatı təsdiqləyib. O, A. Hacıyevə mayın 12-də baş çəkildiyini, saxlanma şəraitinin monitorinqinin aparıldığını, əsirlə təkbətək görüş keçirildiyini bildirib.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, 2009-cu il mayın 10-da saat 09.45-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli istiqamətində əsir götürülüb.

Oxşar yazılar

Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü
22 iyul 2025 , 17:35
Mərdəkanda bir nəfər dənizdə batdı
22 iyul 2025 , 17:17
Türkiyəyə 20 milyonluq kokain gətirən diplomat sərhəddə TUTULDU
22 iyul 2025 , 16:52
Dövlətə xəyanət etməkdə təqsirləndirilən şəxsə hökm oxundu
22 iyul 2025 , 16:23
İranla sərhəddə ƏMƏLİYYAT: atəş açıldı
22 iyul 2025 , 15:59
İrandan gələn kələmlərin içindən görün nələr çıxdı?
22 iyul 2025 , 15:39
Sumqayıtda fəhlə uçqunların altında CAN VERDİ - YENİLƏNİB
22 iyul 2025 , 15:34