Qatil ata və oğlu məhkəmə qarşısında
Mayın 14-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürməkdə təqsirləndirilən ata və oğulun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Ələkbər Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlər, Abşeron rayonunda məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkünlər Vilayət Sadıqov və onun oğlu Elgün Sadıqovun cinayət işi üzrə məhkəmə baxışı mayın 21-nə təyin edilib.
İttihama görə, 2009-cu ilin dekabrında Vilayət Sadıqov və Elgün Sadıqov Kəlbəcər rayon sakini, məcburi köçkün kimi Xırdalan şəhərində məskunlaşmış 33 yaşlı Gülməmmədov Vaqif Mehman oğlunu qətlə yetiriblər. Hadisə V.Sadıqovun evində baş verib. Belə ki, o, nəvəsini göndərərək qonşuluqda yaşayan kürəkəni Vaqifi evinə çağırıb. Bu vaxt V.Sadıqovun oğlu Elgün də evdə olub. V.Sadıqov V.Gülməmmədovu tutub, E.Sadıqov da bıçaqla bir neçə dəfə zərbə endirib. V.Gülməmmədov aldığı çoxsaylı yaralar nəticəsində ölüb.
Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddələri ilə ittiham olunurlar.
Fərid Əkbərov

Oxşar yazılar

Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü
22 iyul 2025 , 17:35
Mərdəkanda bir nəfər dənizdə batdı
22 iyul 2025 , 17:17
Türkiyəyə 20 milyonluq kokain gətirən diplomat sərhəddə TUTULDU
22 iyul 2025 , 16:52
Dövlətə xəyanət etməkdə təqsirləndirilən şəxsə hökm oxundu
22 iyul 2025 , 16:23
İranla sərhəddə ƏMƏLİYYAT: atəş açıldı
22 iyul 2025 , 15:59
İrandan gələn kələmlərin içindən görün nələr çıxdı?
22 iyul 2025 , 15:39
Sumqayıtda fəhlə uçqunların altında CAN VERDİ - YENİLƏNİB
22 iyul 2025 , 15:34