Neft Akademiyasındakı qətliamla bağlı məhkəmə prosesi davam edir
Mayın 14-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprel ayında baş verən qətliamla bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib. Şahid Quliyev Tariyel Vaqif oğlu təqsirləndirilən şəxslərdən Nadir Əliyevi tanıdığını bildirib. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə ) və 310 (vəzifə şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum edildiyini söyləyib: “Nadir Əliyevlə bir kamerada qalırdıq. Onu tanıyandan günahsız olduğunu söyləyir. Nadir deyir ki, özünün və uşaqların günahı yoxdur”.
Dövlət ittihamçısı T. Quliyevin məhkəməyə verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ifadələr arasında ziddiyyətin olduğunu əsas gətirərək şahidin istintaq vaxtı verdiyi ifadəni elan edib. İfadədə göstərilir ki, N. Əliyev kamerada T. Quliyevə F. Qədirovun Neft Akademiyasındakı törətdiyi cinayətdən xəbəri olduğunu söyləyib. F. Qədirovun silahı Gürcüstan vətəndaşı Sergey adlı şəxsdən aldığını və milliyətcə erməni olan Mardun adlı şəxsin onlara bu cinayəti törətmək müqabilində 50 min dollar pul verdiyini də deyib. İfadədə o da göstərilir ki, N. Əliyev T. Quliyevə Cavidan Amirov və Nəcəf Süleymanovun da bu cinayətdə əli olduğunu bildirib.
İfadə elan olunandan sonra T. Quliyev istintaq materiallarında yazılanların yalan olduğunu, N. Əliyevin hadisə barəsində ona heç nə danışmadığını söyləyib: “Mənim Nadirdən zəhləm gedir. Amma burda yalandan deyə bilmərəm ki, o, mənə belə sözlər deyib. Mən onunla bu haqda söhbət eləməmişəm. O, mənə Sergey və Mardun haqqında heç nə deməyib. Yalandan niyə Nadir Əliyevin üzünə durum”.
Hakim şahiddən istintaq vaxtı hansı səbəbdən başqa cür ifadə verdiyini soruşub. Şahid məhkəmədə söylədiklərini istintaq vaxtı da söylədiyini bildirib: “Orada yazılanları mən deyə bilmərəm. Mən o qədər danışmamışam. Müstəntiq bir-iki sual verib, mən də ona sizə dediklərimi demişəm”.
Daha sonra prosesdə şahid qismində Nəsimi Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili Ədalət Əliyev, C.Amirovun babası Ziyadxan Amirov, əmisi Hacıəmir Amirov, ADNA-nın assistenti Şəfəq Həbibullayeva ifadə veriblər.
Proses mayın 17-də davam etdiriləcək.
Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.
Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.
Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Fərid Əkbərov

Oxşar yazılar

Biləsuvar xəstəxanasında FACİƏ: Əməliyyata gətirilən 3 yaşlı uşaq ölldü
22 iyul 2025 , 18:33
Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü
22 iyul 2025 , 17:35
Mərdəkanda bir nəfər dənizdə batdı
22 iyul 2025 , 17:17
Türkiyəyə 20 milyonluq kokain gətirən diplomat sərhəddə TUTULDU
22 iyul 2025 , 16:52
Dövlətə xəyanət etməkdə təqsirləndirilən şəxsə hökm oxundu
22 iyul 2025 , 16:23
İranla sərhəddə ƏMƏLİYYAT: atəş açıldı
22 iyul 2025 , 15:59
İrandan gələn kələmlərin içindən görün nələr çıxdı?
22 iyul 2025 , 15:39