Nəqliyyat naziri səfərbərlik barədə əmr imzaladı
Yol infrastrukturunda dağıntıların aradan qaldırılması üçün “Azərbaycan Dəmir Yolları” QSC-yə və “Azəryolservis” ASC-yə xüsusi tapşırıqlar verilib
Nəqliyyat naziri Ziya Məmmədov sel və daşqınların, eləcə də torpaq sürüşmələrinin ölkənin yol təsərrüfatına vurduğu ziyanın aradan qaldırılması istiqamətində operativ və təxirəsalınmaz tədbirlər barədə əmr imzalayıb.
Nazirliyin mətbuat katibliyindən Lent.az-a bildiriblər ki, əmrə əsasən, Şirvan, Sabirabad, Salyan, Zərdab, Balakən, Qəbələ, Ağsu, Şamaxı, İsmayıllı, Quba, Qusar, Gədəbəy, Göygöl və respublikanın digər rayonlarında baş vermiş fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün bütün zəruri texnika və işçi qüvvəsinin səfərbər olunması “Azərbaycan Dəmir Yolları” QSC-yə və “Azəryolservis” ASC-yə tapşırılıb. Hər iki qurum səlahiyyətləri daxilində bu istiqamətdə müvafiq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Bundan başqa, “Azərbaycan Dəmir Yolları” QSC-yə və “Azəryolservis” ASC təbii fəlakətin ölkənin yol təsərrüfatına vurduğu zərərin həcmini müəyyənləşdirilməli, nəqliyyat infrastrukturu obyektlərinin təbii fəlakətlərin təsirindən qorunması və təhlükəsiz istismarı üçün müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməli, müvafiq ərazilər üzrə aparılacaq bərpa işlərinin gedişi və nəticələri barədə mütəmadi olaraq nəqliyyat nazirinə məlumat verilməlidir.
“Avtonəqliyyatservis” Departamentinə isə tapşırılıb ki, baş vermiş fövqəladə hallar nəticəsində yaranmış mövcud vəziyyətlə əlaqədar aidiyyəti üzrə zəruri işlərin görülməsini təmin etsin. Nazirliyin Təhlükəsizlik və fövqəladə hallar şöbəsi isə baş vermiş fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işləri əlaqələndirməlidir.
Elxan SALAHOV

Oxşar yazılar

Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü
22 iyul 2025 , 17:35
Mərdəkanda bir nəfər dənizdə batdı
22 iyul 2025 , 17:17
Türkiyəyə 20 milyonluq kokain gətirən diplomat sərhəddə TUTULDU
22 iyul 2025 , 16:52
Dövlətə xəyanət etməkdə təqsirləndirilən şəxsə hökm oxundu
22 iyul 2025 , 16:23
İranla sərhəddə ƏMƏLİYYAT: atəş açıldı
22 iyul 2025 , 15:59
İrandan gələn kələmlərin içindən görün nələr çıxdı?
22 iyul 2025 , 15:39
Sumqayıtda fəhlə uçqunların altında CAN VERDİ - YENİLƏNİB
22 iyul 2025 , 15:34