Əsirlikdəki hərbçimizin məktubundan: “Görüşənədək”
Ötən il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən Azərbaycan Ordusunun çavuşu Anar Xanbaba oğlu Hacıyevin ailəsinə göndərdiyi məktubun məzmunu açıqlanıb.
Bu barədə APA-ya əsirin anası Nailə Məmmədova bildirib. Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları məktubu ona bu gün səhər çatdırıblar. N. Məmmədova oğlunun göndərdiyi məktubun məzmununu da açıqlayıb: “Salam. Mən də yaxşıyam. Hamıya salam deyin. Nənəmə, Asif dayıya, Samirə salam deyin. Sevincgilə də salam deyin. Gözəlgil (bacısı) bizdə neynirlər? Hacı əmiyə də salam söyləyin. Hələlik. Görüşənədək”.
N.Məmmədova bildirib ki, oğlu indiyədək yazdığı məktublarında “hələlik, görüşənədək” ifadəsini işlətməyib: ”Bu, məni ümidləndirir. Oğluma özümün və Rusiyada yaşayan qardaşının da şəkillərini göndərdim”.
Xatırladaq ki, BQXK əməkdaşları A. Hacıyevə mayın 12-də baş çəkiblər.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, 2009-cu il mayın 10-da saat 09.45-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli istiqamətində əsir götürülüb.

Oxşar yazılar

Xırdalanda 29 yaşlı fəhlə faciəvi şəkildə öldü
22 iyul 2025 , 09:24
Gəncədə 21 yaşlı gənc bıçaqlandı
22 iyul 2025 , 08:08
Göygöldə restoranda iki yeniyetmə döyüldü
22 iyul 2025 , 08:01
Gəncədə 41 yaşlı qadın bıçaqlandı
22 iyul 2025 , 03:08
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33