FHN dağılan bəndlərlə bağlı rəsmi məlumat yaydı
19 may 2010 13:00 (UTC +04:00)

FHN dağılan bəndlərlə bağlı rəsmi məlumat yaydı

Sakinlər təxliyə olunublar

Fövqəladə Hallar Nazirliyi (FHN) dünən və bu gün Kür sahilində dağılan bəndlərlə bağlı rəsmi məlumat yayıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 18 may 2010-cu il tarixində Sabirabad rayonunun Çığırğan kəndində ilkin sahil mühafizə bəndi dağılıb və əsas sahil mühafizə bəndinə qədər olan ərazi 50ha sahədə daşqın suları ilə dolub.

19 may 2010-cu il tarixində Sabirabad rayonunun Azadkənd kəndində əsas sahil mühafizə bəndi dağılıb. Bu kənddə bəzi ərazilər daşqın suları ilə dolub.

Daşqın sularının törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların qüvvə və texnikasının köməkliyi ilə dağılmış bəndlərdə bərpa və bərkitmə işləri aparılır, müvafiq təhlükəsizlik tədbirləri görülür, o cümlədən sakinlərin təxliyəsi həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar