Mingəçevir su anbarında heç bir çat və ya sızma yoxdur
“Azərenerji”nin prezidenti: “Sadəcə, təhlükəsizlik məqsədilə bəzi yerlərdə elektrik verilişi dayandırılıb”
Mingəçevir su anbarında heç bir çat və ya sızma yoxdur. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.
Onun sözlərinə görə, Mingəçevir su anbarında yalnız suyun səviyyəsi ilə bağlı problem var: “Amma bütün qurğular və bəndlər normal işləyir. Yayılan söz-söhbətlər isə yalnız şayiədir. Orada bizim tərəfimizdən monitorinq aparılıb və heç bir problem aşkarlanmayıb. Hazırda Mingəçevir su anbarında 15 mlrd. kubmetr su var. Normal rejimdə anbarın gücü isə 16 mlrd. kubmetrdir. Yəni suyun səviyyəsini 15 santimetr də qaldıra bilərik. Anbarın fəaliyyətini hazırda Şəmkir bəndi ilə də tənzimləyə bilirik”.
Etibar Pirverdiyev Şirvan Elektrik Stansiyasında da heç bir problem yaranmadığını vurğulayıb: “Düzdür, bu stansiyanın tarixi boyu orada bu səviyyədə su olmayıb. Hətta bu səviyyədə suyun olduğu vaxtda belə biz stansiyanı normal işlədə bilirik. Şirvanın Sabirabada yaxın kəndlərində “Azərenerji”nin əməkdaşları çalışırlar, bəndlər vurulub və heç bir yerdə sızma qeydə alınmayıb. Bayramlı qəsəbəsində heç bir ev suyun altında deyil”.
Salyan rayonunda mövcud olan nöqsanların hazırda aradan qaldırıldığını deyən “Azərenerji” prezidenti bölgənin elektrik təchizatında heç bir problem yaranmadığını söyləyib: “Sadəcə, təhlükəsizlik məqsədilə bəzi yerlərdə elektrik verilişi dayandırılıb”.

Oxşar yazılar

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16