Sumqayıtda 16 yaşlı oğlan 17 yaşlı oğlanı zorlayıb
21 may 2010 13:30 (UTC +04:00)

Sumqayıtda 16 yaşlı oğlan 17 yaşlı oğlanı zorlayıb

Sumqayıt şəhərində 17 yaşlı oğlan özündən bir yaş balaca həmyerlisi tərəfindən zorlanıb. Lent.az-ın məlumatına görə, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 16 yaşlı Elvin Mehdiyev həmyerlisi, 17 yaşlı həmcinsi A.-nı qəsəbə ərazisindəki bazarın arxasında yerləşən sahibsiz köşkə zorla salıb. Köşkün qapısını arxadan bağlayan E. Mehdiyev daha sonra oğlanı döyərək, onu zorlayıb.

Bu barədə A.-nın ailəsi xəbər tutan kimi dərhal polisə şikayət ərizəsi ilə müraciət edib.

Sumqayıt şəhər Polis İdarəsindən Lent.az-a faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparıldığı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar