Azərbaycan gəmilərinin okeana çıxışı bağlandı
7 kilometrlik körpü çökür
Volqoqrad şəhərində Volqa çayı üzərində 12 il ərzində tikilən və yarım il əvvəl istifadəyə verilən 7 kilometr uzunluğunda körpü dağıla bilər.
Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, dünən axşam körpü təcili olaraq nəqliyyat üçün bağlanıb. Körpünün altından gəmilərin keçməsinə də qadağa qoyulub. Leysan yağışları ilə müşahidə olunan güclü külək 7 kilometr uzunluğunda körpünü qəza vəziyyətinə salıb. Çünki yağış və külək körpüdə davamlı titrəyişə yol açıb və körpünün üzərindəki dalğalanmada amplituda yarım metrə qədər çatıb.
Qeyd edək ki, Azərbaycan gəmiləri dünya okeanına Volqa çayı vasitəsi ilə çıxır. Tutumu 8 min tona qədər olan gəmilər Volqa-Don kanalı vasitəsi ilə Azov, daha sonra Qarada dənizə yollanır. Ancaq tutumu 8-13 min ton olan böyük gəmilərimiz Volqa-Don kanalından keçə bilmir, kanalın həcmi buna imkan vermir. Bu gəmilər Volqa-Don kanalına dönməyərək, Volqa çayı ilə Sankt-Peterburqa doğru, Volqadan Baltik dənizinə qazılmış kanala istiqamətlənir. Bu gəmilər sonradan Baltik dənizindən keçməklə dünya okeanına çıxır. Volqa çayı üzərindəki körpünün bağlanması Azərbaycanın böyük tutumlu gəmiləri üçün faktiki dünya okeanına yolun bağlanması deməkdir.

Oxşar yazılar

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16