İmişlidə Sarısu gölünün mühafizə bəndi yuyulub
21 may 2010 18:00 (UTC +04:00)

İmişlidə Sarısu gölünün mühafizə bəndi yuyulub

Allahmədətli və Telişli kəndlərinin ətrafındakı bəzi ərazilər daşqın suları ilə dolub


21 may 2010-cu il tarixində gecə saatlarında Sarısu gölünün İmişli rayonu ərazisindən keçən hissəsində sahil mühafizə bəndinin bir hissəsi yuyulub.


Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Allahmədətli və Telişli kəndlərinin ətrafındakı bəzi ərazilər daşqın suları ilə dolub.


Daşqın sularının törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların qüvvə və texnikasının köməkliyi ilə dağılmış bəndlərdə bərpa və bərkitmə işləri aparılır, müvafiq təhlükəsizlik tədbirləri görülür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar