Bakı şəhər prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
Bakı şəhər prokurorluğunda Baş prokurorun birinci müavini Rüstəm Usubovun sədrliyi ilə geniş əməliyyat müşavirəsi keçirilib.
Lent.az-ın Prokurorluğun rəsmi saytına istinadən verdiyi məlumata görə, müşavirədə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun əmri ilə konkret cinayət işinin ibtidai araşdırılması zamanı hərtərəfli, tam və obyektiv istintaq aparılması təmin edilmədiyinə, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması hallarına yol verildiyinə görə Bakı şəhəri və Binəqədi rayon prokurorluqlarının bir sıra məsul vəzifəli şəxsləri ciddi intizam məsuliyyətinə cəlb edilməklə, bu sahədə işin düzgün təşkili məqsədilə konkret tapşırıqlar verilib.
Həmin tapşırıqların icrası ilə əlaqədar Baş prokurorun birinci müavini Rüstəm Usubovun sədrliyi ilə Bakı şəhər prokurorluğunda Mərkəzi aparatın məsul əməkdaşlarının, şəhərin rayon prokurorları və onların müavinləri, Daxili İşlər Nazirliyinin istintaq qurumunun məsul əməkdaşının, Bakı şəhər Baş Polis idarəsinin İstintaq idarəsinin və rayon Polis İdarələrinin istintaq şöbələrinin rəhbərlərinin iştirakı ilə istintaq işinin keyfiyyətinin yüksəldilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyin və cinayət işlərinin istintaqı üzərində prokuror nəzarətinin artırılmasına həsr edilmiş geniş əməliyyat müşavirəsi keçirilmiş, bu sahədə işin düzgün təşkili məqsədilə tədbirlər müəyyənləşdirilib.
Vüqar Baba

Oxşar yazılar

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi
18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını vurub öldürdü
18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü
18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü
18 iyul 2025 , 19:15