Torpaq üstündə qardaş qardaşı öldürdü
23 iyun 2010 16:00 (UTC +04:00)

Torpaq üstündə qardaş qardaşı öldürdü

Bərdədə baş vermiş qanlı hadisə barədə Baş Prokurorluq və DİN məlumat yayıb

İyunun 22-də Bərdə rayonunda qardaş qardaşı öldürüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 43 yaşlı Rizvan Məmmədov ailə münaqişəsi zəminində qardaşı 50 yaşlı Mehman Məmmədovu
ov tüfəngi ilə vurub.

Rizvan Məmmədov daha sonra “QAZ 21” markalı avtomobillə hadisə yerindən qaçıb.


Lent.az-ın Baş Prokurorluğun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilən Mehman Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Prokurorluq hadisənin həyətyanı torpaq sahəsi üstündə düşən mübahisə səbəbindən baş verdiyini bildirir.



Rayon prokurorluğunun və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib, fotoşəkillər çəkilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng götürülüb.


Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılan R. Məmmədov ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651

Oxşar yazılar

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:32
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15
Maşın çaya düşdü, 4 prokurorun meyiti  tapıldı

Maşın çaya düşdü, 4 prokurorun meyiti tapıldı

18 iyul 2025 , 18:17
12 supermarketdə  narkotik tərkibli banan   tapıldı

12 supermarketdə narkotik tərkibli banan tapıldı

18 iyul 2025 , 17:48
Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU

Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU

18 iyul 2025 , 17:05