Eynulla Fətullayevə 3 illik həbs istənildi
30 iyun 2010 12:30 (UTC +04:00)

Eynulla Fətullayevə 3 illik həbs istənildi

Qaradağ rayon Məhkəməsində həbsdə olan jurnalist Eynulla Fətullayevin barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


APA-nın xəbərinə görə, hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Elçin Nağıyev çıxış edib. O, məhkəmədən E. Fətullayevin 3 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib.


Proses müdafiə tərəfinin çıxışı ilə davam etdirilir.

Qeyd edək ki, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin sabiq baş redaktoru Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. Jurnalist 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və jurnalist 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bununla əlaqədar olaraq ona qarşı Qaradağ RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb.


İş üzrə təyin edilmiş Məhkəmə-bioloji-kimyəvi ekspertizasının rəylərinə görə, istintaq zamanı E. Fətullayevdən götürülmüş qan və sidik nümunələrində diasetil-morfi (heroin), amfetaminil narkotik vasitələri və flunitrozepam-M psixotrop maddəsi aşkar edilib.
Göstərilənlərlə yanaşı, məhkəmə-narkoloji ekspertizasının rəyinə görə, təqsirləndirilən şəxs E. Fətullayevdə narkotik vasitə olan diasetil-morfi (heroin), amfetaminil və psixotrop dərman vasitəsi olan benzodiazepindən istifadə etmə halları olub, lakin müayinə zamanı narkomaniya xəstəliyindən əziyyət çəkməməsi baxımından E. Fətullayevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. E. Fətullayevin narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmə halları nəzərə alınaraq narkoloji profilaktik qeydiyyata alınması məsləhət görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:32
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15
Maşın çaya düşdü, 4 prokurorun meyiti  tapıldı

Maşın çaya düşdü, 4 prokurorun meyiti tapıldı

18 iyul 2025 , 18:17
12 supermarketdə  narkotik tərkibli banan   tapıldı

12 supermarketdə narkotik tərkibli banan tapıldı

18 iyul 2025 , 17:48
Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU

Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU

18 iyul 2025 , 17:05