PKK-çılar Ebru Gündeşə daş atdılar
Terror təşkilatının tərəfdarları müğənninin konsertində qarışıqlıq salıblar
İstanbulda Bələdiyyə Festivalı Meydanında konsert verən Ebru Gündeşin qanı qaralıb.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, nəşəli başlayan konsert ab-havası bir anda pozulub. Ebru Gündeş mahnı oxuyan zaman bir qrup qələbə işarələri göstərməyə başlayıb. Müğənni bu qrupa sərt reaksiya verib və səhnədən onlara səslənib: “Mənim konsertlərim təbliğat yeri deyil. Mənim konsertlərimdə siyasət olmaz”.
Ancaq Ebru Gündeşin müraciətinə əhəmiyyət verməyən qrup qələbə işarəsi göstərməyə davam edib. Ebru Gündeş daha sonra polisə üz tutub: “Əgər burada polis varsa, təcili bu olaya müdaxilə etsin”.
Meydanda olan PKK terror təşkilatının siyasi qanadı sayılan BDP üzvlərinin də plakatları müğənninin diqqətindən yayınmayıb və o, iki dəfə konserti dayandırıb. Aksiyalar davam etdiyi üçün Ebru Gündeş səhnəni tərk edib. Səhnəni tərk edən zaman müğənniyə yumurta və daş da atılıb. Olaydan sonra qarışıqlıq salan qrup polis tərəfindən konsertin keçirildiyi meydandan kənara çıxarılıb. Uzun xahiş və israrlardan sonra Ebru Gündeş yenidən səhnəyə qayıdıb.
Konsertdən sonra Ebru Gündeş təcili tibbi yardım maşınına götürülüb. Qarışıqlıq salanların bəziləri isə saxlanılıb.

Oxşar yazılar

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü
18 iyul 2025 , 21:32
Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü
18 iyul 2025 , 19:15
Maşın çaya düşdü, 4 prokurorun meyiti tapıldı
18 iyul 2025 , 18:17
12 supermarketdə narkotik tərkibli banan tapıldı
18 iyul 2025 , 17:48