
“VAZ 2106” 62 yaşlı kişini vurub öldürdü
Qusar rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Qusar şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Urva kənd sakini, 32 yaşlı Ali Adıgözəlov idarə etdiyi “VAZ 2106” avtomobili ilə rayon sakini, 62 yaşlı Cavad Cavadovu vurub. Qəzadan dərhal sonra xəsarət alan şəxs sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Amma Cavad Cavadovun həyatını xilas etmək mümkün olmayıb.
Qusar rayon polis şöbəsindən Lent.az-a verilən məlumata görə, faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Araşdırmalar davam etdirilir.
Vəli Turan
Qusar rayon polis şöbəsindən Lent.az-a verilən məlumata görə, faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Araşdırmalar davam etdirilir.
Vəli Turan
Oxşar yazılar

Araz çayında bir nəfər batdı
18 iyul 2025 , 15:15
Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU
18 iyul 2025 , 15:00
Ermənistanda işgəncələrə məruz qalan şəxs məhkəmədə ifadə verdi
18 iyul 2025 , 14:21
Azərbaycanlı milyarderdən rüşvət alan fransalının işində ittiham aktı ELAN OLUNDU
18 iyul 2025 , 14:11
Azərbaycanda 10 korrupsioner cinayət başında saxlanılıb
18 iyul 2025 , 14:06
Masallıda qonaq evdən 12 minlik qızıl oğurladı
18 iyul 2025 , 12:59
"Nə oldu, Paşinyan?"ı oxuyan həbs olundu - SƏBƏB - YENİLƏNİB
18 iyul 2025 , 12:51