Oğul atasını ağacla döyüb öldürdü
Bərdə sakini cinayəti gizlətmək üçün cəsədi kanalizasiya quyusuna atıb
İyulun 12-də Bərdə rayon Polis Şöbəsi Göyçay rayonunda məskunlaşmış, 1937-ci ildə Ağdam rayonunda anadan olmuş Əmralıyev Arif İdris oğlunun üzərində zorakılıq əlamətləri olan meyitini tapıb. Lent.az-ın Respublika Baş Prokurorluğunun rəsmi saytına istinadən verdiyi məlumata görə, meyit mərhumun oğlu, Bərdə rayonunun Şirvanlı kənd sakini Ələsgər Səfərovun yaşadığı evin həyətində yerləşən kanalizasiya quyusundan tapılıb.
Daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən dərhal hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə foto çəkilişlər aparılmaqla baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb.
İlkin araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə saat 13:00 radələrində Ə. Səfərov məişət zəminində aralarında baş vermiş münaqişə zamanı atası A. Əmralıyevi ağacla döyərək öldürüb. Cinayətin izlərini itirmək məqsədilə meyiti kanalizasiya quyusuna atıb.
Cinayətin törədilməsində şübhəli bilinən Ə. Səfərov saxlanılıb və o, şübhəli şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.
A. Əmralıyevin ölümünün səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və hazırda cinayət işi üzrə ibtidai istintaq rayon prokurorluğunda davam etdirilir
Vüqar Baba

Oxşar yazılar

Araz çayında bir nəfər batdı
18 iyul 2025 , 15:15
Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU
18 iyul 2025 , 15:00
Ermənistanda işgəncələrə məruz qalan şəxs məhkəmədə ifadə verdi
18 iyul 2025 , 14:21
Azərbaycanlı milyarderdən rüşvət alan fransalının işində ittiham aktı ELAN OLUNDU
18 iyul 2025 , 14:11
Azərbaycanda 10 korrupsioner cinayət başında saxlanılıb
18 iyul 2025 , 14:06
Masallıda qonaq evdən 12 minlik qızıl oğurladı
18 iyul 2025 , 12:59
"Nə oldu, Paşinyan?"ı oxuyan həbs olundu - SƏBƏB - YENİLƏNİB
18 iyul 2025 , 12:51