Bakıda 84 yaşlı kişi özünü çardaqdan asdı
13 iyul 2010 13:15 (UTC +04:00)

Bakıda 84 yaşlı kişi özünü çardaqdan asdı

Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib. Bu barədə Lent.az-a rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, rayonun Hövsan kəndi, Maqazin küçəsi ev 33-də yaşayan 1926-cı il təvəllüdlü Cəfərov Balababa Əjdər oğlu özünü həyətdəki üzüm çardağından asaraq intihar edib. 84 yaşlı qocanın uzunmüddətli xəstəlikdən əziyyət çəkdiyi bildirilib.


Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.



Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511

Oxşar yazılar