“Anam yoxdur, mən də yoxam”
Ucarda anasının qəzada ölməsi xəbərini eşidən qız evlərini naməlum istiqamətdə tərk edib
İyulun 16-da Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ucar rayon Polis Şöbəsindən APA-nın Mərkəzi Aran bürosuna verilən xəbərə görə, hadisə saat 23.00 radələrində rayonun Azərbaycan küçəsində qeydə alınıb.
Ucar rayonunun Qaracallı kənd sakini, 1977-ci il təvəllüdlü Qasımov Qasım Ağamusa oğlunun idarə etdiyi “Hyundai-Sonata” markalı maşın yoldan keçən piyada, 1961-ci il təvəllüdlü rayon sakini Hüseynova Almaz Cəbi qızını vurub. Piyada xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Almaz Hüseynovanın ölüm xəbərini eşidən qızı Hüseynova Sahibə Bünyad qızı evi tərk edib. O, özündən sonra qoyduğu məktubda “Anam yoxdur, mən də yoxam” yazıb. Hazırda onun axtarışları davam edir. Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar yazılar

Şüvəlanda dənizdə batan futbolçunun meyiti sudan çıxarıldı - YENİLƏNİB
18 iyul 2025 , 09:04
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05