Əsgər yoldaşını öldürməyə cəhd edən hərbçiyə 9 il həbs cəzası
İyulun 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun əsgər yoldaşını öldürməyə cəhddə ittiham olunan hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim İlham Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən əsgər Samir Cəbiyevə hökm oxunub. Hökmə əsasən, S. Cəbiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri Samir Rüstəm oğlu Cəbiyev postda olan zaman aralarında yaranmış mübahisə zəminində xidməti istifadəsində olan avtomat silahdan atdığı atəşlə əsgər Emin Xurşud oğlu Həşimovu vuraraq ağır yaralayıb.
Qeyd edək ki, S. Cəbiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29.120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 338-ci (Döyüş növbəsi çəkmə qaydalarını pozma) maddələri ilə ittiham olunub.
Fərid Əkbərov

Oxşar yazılar

Şüvəlanda dənizdə batan futbolçunun meyiti sudan çıxarıldı - YENİLƏNİB
18 iyul 2025 , 09:04
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05