17 yaşlı qızını hamilə qoyan atanın məhkəməsi başladı
22 iyul 2010 12:30 (UTC +04:00)

17 yaşlı qızını hamilə qoyan atanın məhkəməsi başladı

İyulun 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə öz qızını zorlamaqda təqsirləndirilən Astara rayon sakininin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib Lent.az-ın məlumatına görə, hakim Elmar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ağayev Faiq Tahir oğlunun cinayət işi üzrə məhkəmə baxışı iyulun 27-nə təyin edilib.


İttihama görə, Faiq Ağayev 17 yaşlı qızı Təranəni (adı şərtidir) zorlayıb. Bibisi oğlu Sevman Ramazanov ilə nişanlı olan Təranə atasından hamilə qalıb. S. Ramzanov 3 il bundan qabaq bacısını əxlaqsız hərəkətlər etdiyinə görə öldürüb. Onun bu əməlini nişanlısının atası Faiq bilib. Faiq Sevmanı hamilə qızını qəbul etməyi təklif edib. Əks təqdirdə Sevmanı polisə verəcəyini və onun cinayət törətdiyini söyləyəcəyini bildirib. Sevman Faiqin təklifini qəbul etməyərək, özü könüllü olaraq polisə təslim olub.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə S. Ramazanova 9 il həbs cəzası kəsilib.


Qeyd edək ki, Faiq Ağayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə ittiham olunur.



Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar