Bakıda xadimə işlədiyi evi soyub izi itirmək üçün özünü bıçaqlayıb
Tikinti şirkətinin direktorunun mənzilini soyub “evə işıq idarəsinin işçiləri adından girdilər” deyən qadın mənzili özü soyubmuş
İyulun 20-də özlərini işıq idarəsinin işçiləri kimi təqdim edən şəxslərin Bakıda tikinti şirkətinin direktorunun evinə basqın etməsi ilə bağlı yayılan xəbər saxta olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, evi əslində mənzildə işləyən xadimənin özü soyub.
Yayılmış məlumatda bildirilirdi ki, iyulun 20-də saat 10:00 radələrində naməlum şəxslər “TAN-İnşaat” tikinti şirkətinin direktoru Sevinc Məmmədovanın Xətai rayonu, Senyuşkin küçəsində yerləşən mənzilinə giriblər. Onlar özlərini işıq idarəsinin əməkdaşları kimi təqdim edərək mənzilə daxil olub, orada xadimə işləyən Maneja Xakipura bıçaqla xəsarət yetiriblər. Naməlum şəxslər evdən 15 min manat dəyərində qızıl-zinət əşyaları, 2000 manat dəyərində 2 ədəd kişi pencəyi, təxminən hər biri 1500 manat olan 4 yataq dəsti götürüblər.
Lakin məlum olub ki, mənzili orada xadimə kimi çalışan Maneja Xankipur özü soyub. Qadın evi soyub və bıçaqla özünü yaralayıb.
Vüqar Baba

Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05