Ərini öldürən 27 yaşlı qadına 10 il həbs cəzası verildi
İyulun 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ərini öldürməkdə təqsirləndirilən 27 yaşlı qadının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Yasamal rayonu sakini Süleymanova Vüsalə Elbrus qızına hökm oxunub. Hökmə əsasən, Vüsalə Süleymanova 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin aprelin 4-də 1-ci Alatava massivi, ev 43-də yaşayan V. Süleymanova münaqişə zəminində, həyat yoldaşı, 28 yaşlı Seymur Nizami oğlu Süleymanovu bıçaqlayıb. S. Süleymanov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Qeyd edək ki, V. Süleymanova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Fərid Əkbərov

Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05