5 məhbusun qolu kəsilib
“Gözə–göz, dişə-diş” cinayət maddəsi Hammurapi dövrünün cəzasıdır. Təəssüflər olsun ki, iki min il öncə düşünülən bu cəza hələ də tətbiq olunmaqdadır.
Lent.az-ın “İLNA” agentliyinə istinadən məlumatına görə, İranın Qərbində yerləşən, Güney Azərbaycanın Həmədan şəhərindəki zindanda 5 məhbusun qolunun kəsilməsi barədə qərar çıxarılıb. Yerli prokuror Əkbər Beygləri KİV təmsilçilərinə deyib ki, əlləri kəsilənlər bir neçə dəfə oğurluq edib, dəfələrlə buna görə tutulublar. Onun sözlərinə görə, “cinayətkarlar azı 100 dəfə oğurluq ediblər”.
Bu sayaq cəzalar bir qayda olaraq, ictimaiyyətin gözü qarşısında icra olunur. Amma bu dəfə cəza gözdən uzaqda icra edilib. Bu haqda jurnalistlərin sualını cavablandıran prokuror deyib: “Hökm ictimaiyyətin gözü qarşısında icra olunarsa, dünyanın zülmkar dövlətləri məsələdən sui-istifadə və İranda insan haqlarının tapdandığını iddia edər”.
Agentliyin məlumatına əsasən, qolu kəsilənlərin orta yaşı 25-dir.
Sədrəddin Soltan

Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05