Bakıda mənzilə “bomba” qoyan şəxs yaxalanıb
0
0
Terror barədə yalan məlumat verən şəxs yaxalanıb. Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 24-də saat 23.44 radələrində naməlum şəxs FHN-nin "112" xidmətinə zəng edərək "Q.Qarayevə, K.Balakişiyevə, 1-ci mərtəbəsinə, binanın damına 2 ədəd limonka qoymuşam" deyərək telefonu söndürüb. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, dərhal əməliyyat tədbirlərinə başlanılıb.
Aparılmış araşdırmalar nəticəsində zəngin Bakı şəhəri sakini, 25 yaşlı Xəqani Hüseynov tərəfindən edilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X.Hüseynov tutularaq Nizami RPİ 25-ci PB-yə gətirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Fərid Əkbərov