Astarada nişanlı bacılardan ikincisinin meyiti tapıldı
26 iyul 2010 13:00 (UTC +04:00)

Astarada nişanlı bacılardan ikincisinin meyiti tapıldı

Dənizdə boğulan qızın avqustun 5-də toyu olacaqmış

Astara rayonunda iyulun 23-də dənizdə batan ikinci qızın meyiti tapılıb. Bu barədə Lent.az-a Astara Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilib ki, iyulun 25-də günorta saatlarında dənizdən çıxarılan Kərimova Aytən Elyar qızının meyiti ailəsinə təhvil verilib.

Qeyd edək ki, rayonun Maşxan kənd sakinləri - 1990-cı il təvəllüdlü Kərimova Ağgül Elyar qızı, 1992-ci il təvəllüdlü Aytən Kərimova və 1998-ci il təvəllüdlü Elnarə Kərimova iyulun 23-də dənizdə çimərkən boğulublar. Elnarənin həyatını xilas etmək mümkün olub. Ağgülün meyiti isə qohumları tərəfindən sudan çıxarılıb.

Aytən, Ağgül və Elnarə ailədə beş bacı olublar. Analarını 2008-ci ildə itirən bacılardan ikisi - Ağgül və Aytən nişanlı imiş. Avqustun 5-də isə Ağgülün toyu olacaqmış.

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.

Fərid ƏKbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar