Bakıda masaj salonunda qətl
Bir mühafizəçi öldürülüb, digəri ağır yaralanıb
Bakıda masaj salonlarından birində qətl hadisəsi törədilib. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Hadisə iyulun 26-dan 27-ə keçən gecə Dərnəgül qəsəbəsində yerləşən masaj salonlarından birində qeydə alınıb. Üç naməlum şəxs salonda mühafizəçi işləyən “Riad” Mühafizə Xidmətinin əməkdaşları, 1980-cı il təvəllüdlü Elşad Qasımovu və Fuad Ələkbərovu bıçaqlayıblar. E. Qasımov aldığı 4 bıçaq zərbəsindən yerindəcə keçinib. Digər mühafizəçi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Hələlik hadisənin motivi məlum deyil. Artıq hadisəni törədən şəxslərin kimliyi müəyyənləşib. Hazırda onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxşar yazılar

Şüvəlanda dənizdə bir nəfər batdı
17 iyul 2025 , 20:55
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05