İt üstündə dostunu öldürən çobana 15 il həbs cəzası verildi
İyulun 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürməkdə təqsirləndirilən Gədəbəy rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Rəhman Namazova hökm oxunub. Hökmə əsasən, R. Namazov 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Rəhman Namazov Gədəbəyin “Qızıl Töhrə” yaylağında dostu, 1994-cü il təvəllüdlü Ramin Allahverdiyevin boğaz nahiyəsindən bıçaqlayaraq öldürüb. Heyvandarlıqla məşğul olan gənclər arasında olan münaqişəyə Rəhmanın Raminin itini öldürməsi səbəb olub. Bu səbəbdən də onlar arasında mübahisə düşüb. Nəticədə Rəhman Ramini atın cilovu ilə boğandan sonra bıçaqlayaraq öldürüb.
Qeyd edək ki, Rəhman Namazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120. 2.4-cü (amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.
Fərid Əbərov

Oxşar yazılar

Şüvəlanda dənizdə bir nəfər batdı
17 iyul 2025 , 20:55
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05