Ayaz Salayev 50 yaşın astanasında
Avqustun 1-də tanınmış rejissor, ssenarist və kinoşünas, əməkdar incəsənət xadimi Ayaz Salayevin 50 yaşı tamam olur. Lent.az-ın məlumatına görə, Salayev Ayaz Ramiz oğlu 1960-cı ildə Bakıda ziyalı ailəsində anadan olub. 1982-ci ildə Moskvanın Kinematoqrafiya İnstitutunun kinoşünaslıq fakültəsini, 1988-ci ildə aspiranturanı bitirib. 1983-cü ildə “Azərbaycanfilm” kinostudiyasında redaktor vəzifəsində çalışıb və paralel olaraq televiziya üçün 200-dən artıq dünya kinosuna həsr olunmuş müəllif verilişləri hazırlayıb. 1986-88-ci illər Moskvanın Kinematoqrafiya İnstitutunda “Müasir dünya kinosu” fənnindən dərs deyib, 1988-ci ildə Azərbaycan Elmlər Akademiyasında elmi işçi, “Azərkinovideo”-da məsləhətçi, 1994-2003-cü illərdə isə Dövlət Film Fondunda bədii rəhbər vəzifələrində çalışıb.
Ayaz Salayevin kinoda debütü sənədli filmlərlə başlayıb. 1984-91-ci illərdə öz ssenarisi əsasında çəkdiyi “Ordubad”, “Təkulduz”, “Ata”, “Fərqlənmə” sənədli filmlərinin arasında məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın atası haqqında xatirələrinin əsasında yaradılmış tammetrajlı “Ata” sənədli filmi səmimiliyi, emosionallığı və professionallığı ilə seçilir.
O, 1983-cü ildə Azərbaycan televiziyasında, o vaxt heç kimin gözləmədiyi və heç kimə bənzəməyən, dünya kinosuna fərqli baxışla çıxış edən və ilk çıxışından da tamaşaçının rəğbətini qazanan “Retro” verilişinin müəllifi və aparıcısı oldu.
1995-ci ildə “Yarasa” bədii filmini yaratdı. Bu film müstəqilliyə qədəm qoyan Azərbaycan kinosunu dünyaya çıxardan və milli kinomuza yeni nəfəs gətirən ilk film oldu. Fransada Avropa filmlərinin beynəlxalq festivalında baş mükafata layiq görülən film 25 ölkənin beynəlxalq festivallarında nümayiş olunaraq daha çox mükafatlara layiq görüldü.
Xəyalə

Oxşar yazılar

Laçında yanğın olan ərazidə partlayış - VİDEO-YENİLƏNİB
17 iyul 2025 , 00:02
Zaqatalada məzuniyyətə gələn hərbçinin meyiti tapıldı
17 iyul 2025 , 00:00
İlqar İsmayılov azadlığa buraxıldı
16 iyul 2025 , 21:29
Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlu 2 aylıq həbs olundu - YENİLƏNİB
16 iyul 2025 , 19:43
Xırdalanda evdən kişi meyiti tapıldı
16 iyul 2025 , 19:33
Oğrular deputatın 300 min avroluq saatını qolundan qoparıb qaçdılar - VİDEO
16 iyul 2025 , 19:07
Məhkəmədən həbsdəki vəkil Adəm Məmmədov və qardaşı barəsində QƏRAR
16 iyul 2025 , 18:49