Bakıda ər-arvadın öldürərək basdırdıqları qadının kimliyi müəyyən olub
30 iyul 2010 11:00 (UTC +04:00)

Bakıda ər-arvadın öldürərək basdırdıqları qadının kimliyi müəyyən olub

0
Xəzər rayonunda tapılmış meyitin şəxsiyyəti 2 həftə sonra aşkarlanıb

İyulun 16-da Bakının Xəzər rayonu ərazisindəki Albalı qəsəbəsində ər arvadın öldürərək basdırdıqları qadının kimliyi müəyyən olunub. Lent.az-ın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, öldürülən şəxs Bakı şəhər sakini Leyla Həsənovadır.

Namazov küçəsindəki bağ evinin dəhlizində torpağa basdırılmış, üzərində zorakılıq əlamətləri olan 40-41 yaşlı qadın meyiti DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən tapılmışdı. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində iyulun 20-də məlum olmuşdu ki, həmin qadını Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Valet Məmmədov və Lalə Əliyeva öldürüb.

Valet Məmmədov və Lalə Əliyevanın qeyri-rəsmi ər-arvad olduqları bildirilmişdi. Hadisədən 13 gün sonra - iyulun 29-da isə öldürülən şəxsin kimliyi müəyyən olub.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 465

Oxşar yazılar