Bakıda qadını güllələyiblər
Qonşuların mübahisəsi qanla nəticələnib
Bakıda silahlı insident baş verib. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib.
Hadisə ötən gecə Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon sakini Hacıqulu Səlimov aralarında baş vermiş münaqişə zəminində qonşusu Xalidə Mustafayevaya tapançadan atəş açıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən H.Səlimov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi 1 ədəd “Makarov” tipli tapança aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırmalar davam etdirilir.

Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57