Mingəçevirdəki qətllə bağlı rəsmi məlumat yayıldı
Arvadını öldürən Salyan sakini polisə təslim olub
Avqustun 1-də saat 18:30 radələrində Salyan rayon sakini, 1985-ci il təvəllüdlü Alıyev İlkin Aydın oğlu Mingəçevir şəhərində kirayənişin yaşadığı mənzildə qeyri-rəsmi nikahda olduğu 1988-ci il təvəllüdlü Smirnova Yelena Aleksandrovnanı qısqanclıq zəminində bıçaqla 8-10 dəfə qarın, boğaz və bədəninin müxtəlif nahiyələrindən vuraraq qəsdən öldürüb.
Lent.az-ın Baş prokurorluğun rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisədən təxminən yarım saat sonra İ.Alıyev şəhər Polis Şöbəsinə könüllü gedərək törətdiyi cinayət hadisəsi barədə məlumat verməklə təqsirini boynuna alıb.
Şəhər Polis şöbəsindən daxil olmuş məlumat əsasında şəhər prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə video və foto çəkilişlər aparılmaqla baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub.
Hazırda iş üzrə istintaq şəhər prokurorluğunda davam etdirilir.
Vüqar Baba

Oxşar yazılar

Cəlilabadda dağlıq ərazi yanır, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 18:48
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib
15 iyul 2025 , 17:44
Sabirabadda 76 yaşlı kişi zəhərlənib öldü
15 iyul 2025 , 17:17
Keçmiş sevgilisinin evini PARTLATDI
15 iyul 2025 , 16:33